İsrailin baş naziri Blinkenlə İrana qarşı ittifaqı müzakirə etdi

 22:03 30.01.2023     351

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ dövlət katibi Entoni Blinkenlə iki ölkənin İrana qarşı müttəfiqliyini gücləndirmək və onun nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirləri müzakirə edib.

Redaktor.az xəbər verir ki, bunu Netanyahu Yerusəlimdəki görüşdən sonra deyib.

“Düşünürəm ki, İranın nüvə silahı əldə etməməsi ilə bağlı ümumi konsensus var. Ortaq siyasətin işlənib hazırlanması və təhlükənin qarşısının alınması üçün birgə səylər barədə gözəl söhbətimiz oldu. Yenə deyirəm: bizim siyasətimiz, mənim siyasətim İranın nüvə silahı və onların çatdırılma vasitələri əldə etməsinin qarşısını almaqdan ibarətdir” – Netanyahu vurğulayıb.