Türkiyə Şimali Kiprlə bağlı BMT-yə çağırış etdi
Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasına çağırış edib.
Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin çağırış Şimali Kipr Türk Respublikası ilə bağlı olub.
“Biz Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti iki ayrı xalqın və iki ayrı dövlətin olması faktına əsaslanaraq, Kipr türk xalqının hüququ olan suveren bərabərliyini və bərabər beynəlxalq statusunu tanımağa çağırırıq", - deyə çağırışda bildirilib.