Niderlandlı deputatlar nazir müavini Elnur Məmmədovla görüşmədilər - FOTO

 10:13 31.01.2023     464

Niderland Parlamentinin Xarici Əlaqələr Komitəsinü üzvləri Azərbaycanın bu ölkədəki səfirliyi, həmçinin xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşməkdən imtina ediblər.

Redaktor.az xəbər verir ki, komissiyanın dərc etdiyi sənəddə təklifi yalnız DENK parlament fraksiyasının dəstəklədiyi, CDA fraksiyasının prosesdə iştirak edə bilməyəcəyini qeyd etdiyi, digər fraksiyalardan isə cavab gəlmədiyi qeyd olunub.

Komitə qeyd edib ki, iclasda səslərin əksəriyyəti təmin olunmayıb və Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüş nəzərdə tutulmayıb və bu barədə Azərbaycan səfirliyinə məlumat veriləcək.

Tunar Altunbay