"Macarıstanla bizi etnik köklər birləşdirir" - Musa Qasımlı

 13:48 31.01.2023     1905

Xəbər verdiyimiz kimi, 29-30 yanvar tarixlərində Prezident İlham Əliyev Macarıstanda səfərdə olub.

Səfərdə Azərbaycan və Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eyni zamanda siyasi, iqtisadi, humanitar sahələrdə də bir sıra sənədlər imzalanıb.

Milli Məclisin deputatı Musa Qasımlı səfərin əhəmiyyətini Redaktor.az-a şərh edib. Onun sözlərinə görə, Prezidentin Macarıstana rəsmi səfəri tarixi hadisədir.

“Bu səfər xarici siyasətimizin uğurlarından biridir. Macarıstan Avropa İttifaqının və NATO-nun üzvü kimi qitədə özünəməxsus yer tutur. Böyük potensialı var. Macarıstanla bizi etnik köklər birləşdirir. Tarixən Azərbaycan-Macarıstan əlaqələri mövcud olub. Səfər zamanı imzalanan sənədlər siyasət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsinin hüquq-müqavilə əsasını təşkil edir. Azərbaycan Prezidenti bu səfəri ilə Macarıstanın şərqdə özünə mövqelər qazanmasına imkan verir. Səfərin faydası özünü çox da gözlətməyəcəkdir”, - deyə millət vəkili vurğuladı.

Nərmin VÜQARQIZI