Paşinyan Putinlə Laçın dəhlizini müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün telefon danışığı zamanı Qarabağ ətrafındakı vəziyyəti və bəzi digər məsələləri müzakirə ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Dağlıq Qarabağ ətrafındakı hazırkı vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında bütün üçtərəfli sazişlər kompleksinin ardıcıl həyata keçirilməsinin vacibliyi vurğulanaraq müzakirə edilib”, - məlumatda deyilir.
Kremldən əlavə ediblər ki, söhbət zamanı bəzi aktual məsələlərə də toxunulub.
Söhbətin Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
Qeyd edək ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti daha əvvəl məlumat verib ki, Putin və Paşinyan Laçın dəhlizindəki vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə ediblər.
Turan İSMAYIL