"İlham Əliyev Avropada ən etibarlı, ən etimad göstərilən, çox təcrübəli dövlət adamı sayılır” - Məlahət İbrahimqızı

 21:38 01.02.2023     628

“Möhtərəm Prezidentimizin Macarıstan səfəri həm əhəmiyyətinə və səfər proqramına görə çox önəmli bir səfər idi. 
Ən əsası isə bu səfər Azərbaycan diplomatiyasının qazandığı ən böyük uğurlardandır. Həqiqətən də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  hər xarici səfəri Azərbaycan xalqının və dövlətinin gücünü artırmaqla, dövlətimizin nüfuzunu artırır, mövqeyini daha da möhkəmləndirir.  Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ulu öndərimiz, çağdaş Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyevin siyasi kursunu ləyaqətlə və yüksək səviyyədə, xüsusilə də müasir çağırışlara cavab verən bir uzaqgörən siyasət yürüdən müzəffər Ali Baş Komandanı var.  Bu gün biz dünyada baş verən kürəsəl problemlər, geosiyasi proseslər fonunda  yaşayırıq. Elə bir mərhələdə yaşayırıq ki, bu, bəlkə də Azərbaycan xalqının tarixində belə bir mərhələ olmayıbdır. Eyni zamanda biz  xoşbəxt nəsilik ki, baş verən tarixi prosesləri görürük. Biz Qarabağın işğaldan azad olunmasını, Şuşanın fəthini gördük. Biz müstəqil Azərbaycan dövlətinin qurulmasına şahidlik etdik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Macarıstana səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu gün də Azərbaycan beynəlxalq səviyyədə böyük uğurlara imza atır:

“Macarıstan səfərində qazandığımız diplomatik uğurlar da bunu bir daha sübut etdi. Azərbaycanı sevməyən qüvvələr, ölkəmizdəki uğurları görməyən gözlər, eşitmək istəməyən qüvvələr, düşünmək istəməyən beyinlər görsünlər ki, möhtərəm prezidentimiz İlham Əliyev haqqında, onun irəli sürdüyü siyasət haqqında, onun diplomatiyası ilə bağlı, onun zəngin dövlət idarəçilik məktəbi ilə Avropanın aparıcı ölkələrinin, beynəlxalq təşkilatların, Avropa Birliyinin tanınmış siyasətçiləri və dövlət adamları tərəfindən hansı qiymətli sözlər və fikirlər səsləndirilir. Sözsüz ki, bu fikirlər həm də Azərbaycan haqqında deyilən  qiymətli sözlərdir. 
Bu sözlər eyni zamanda Azərbaycan xalqının ünvanına deyilir. Mən çox uzağa getmək istəmirəm. Biz bu sözləri Albaniyada, Serbiyada, İtaliyada, Buxarestdə, Brusseldə, şahidi olduq. 
Elə bir neçə gün bundan qabaq Misir kimi, yəni 100 milyondan çox əhalisi olan, Afrikanın giriş qapısı olan ərəb dövlətlərinin lider ölkələrindən olan, İslam Konfransı Təşkilatında aparıcı mövqeyə malik olan, Qoşulmama Hərəkatında təmsil olunan bir dövlətin başçısının Azərbaycanda olarkən səsləndirdiyi fikirlər ölkəmizin və möhtərəm prezidentimizin dünyada qazandığı nüfuzdan xəbər verir.

Avropanın tanınmış siyasətçilərindən olan, Macarıstanın baş nazirinin rəsmi dəvəti ilə möhtərəm Prezidentimizin, respublikamızın birinci vitse-prezidenti Mehriban xanımın səfəri çərçivəsində önəmli sənədlər imzalandı. Avrasiyada baş verən geosiyasi proseslərdə, dünyada müxtəlif sahələrdə baş verən böhranlar fonunda belə bir uğuru, səfəri biz Azərbaycan ictimaiyyəti olaraq yüksək dəyərləndirir, minnətdarlıqla qeyd edir və həqiqətən də qürur duyuruq. Baş nazir Viktor Orban möhtərəm prezidentimiz haqqında yüksək fikirlər səsləndirərək, onun həyata keçirdiyi siyasətin Avropa ölkələrində olan liderlər üçün bir örnək olduğunu dedi. Biz bu sözləri təkcə Viktor Orbanın dilindən eşitməmişik. Bu fikirləri Serbiyanın prezidenti, Albaniyanın prezidenti dedi. Bu fikirləri Davosda biz dəfələrlə eşitdik, İtaliyada eşitdik. Bu fikirləri Avropa İttifaqı Şurasının sədri Ursula Von der Layen tərəfindən də biz eşitdik. Bu gün Prezidentimizin simasında Azərbaycan Avropanın nüfuzlu ölkələri cərgəsindədir. İlham Əliyev Avropanın,  Avropa Birliyinə daxil olan ölkələrin dostu sayılır və ikitərəfli əməkdaşlıqda, çoxtərəfli əməkdaşlıqda prezidentimiz yüksək səviyyədə dəyərləndirilir. Ən etibarlı,ən etimad göstərilən, ən təcrübəli dövlət adamı sayılır”.

Millət vəkili onu da qeyd etdi ki, Macarıstan-Azərbaycan arasında imzalanan sənədlər ölkəmizin inkişafına eləcə də bölgədə sabitliyin əldə olunmasında müsbət mənada ciddi  təsir edən bir sənədlər idi.

"Avropa Birliyinin və NATO-nun üzvü olan Macarıstanın işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi sahəsində iştirak etməsi də ictimaiyyət tərəfondən yülsək dəyərləndirilir. 
Yəni bu o deməkdir ki, Prezidentimizin müdtik diplomatiyasının nəticəsodir ki, Macarıstan Azərbaycanda həyata keşirəcəyi layihələrlə bölgədə dayanıqlı inkişafa, dayanıqlı sülhün əldə olunmasına töhfə verəcəkdir. Prezidentimiz səfər proqramında çıxış edərkən Macarıstan-Azərbaycan arasında nəqliyyat daşımaçılığında sahəsində əlaqələri və bu sahadə daha böyük perspektivlərin olduğunu, Azərbaycanın Orta Dəhlizin  ən önəmli nəqliyyat logistik infrastrukturun qurulduğunu qeyd etdi. Möhtərəm cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, vaxtilə nəqliyyatın bütün növlərində, istər quruda, istər dənizdə, istərsə də hava daşımaçılığında çox böyük meqa layihələr həyata keçirildi" -  deyə o, bildirdi.

M.İbrahimqızı vurğuladı ki, prezidentin həyata keçirdiyi işlər nəticəsində Azərbaycan Avropanın dostları sırasındadır:

“Bildiyiniz kimi isə Macarıstanın baş naziri Viktor Orban çıxışında "Nabukko" layihəsinə toxundu. Bu məsələ 2008-ci ildə gündəmə gəlmişdi. "Nabukko" layihəsi birmənalı qarşılanmamışdı və bu layihə elə layihə şəkilində də qaldı, bir çox qüvvələr tərəfindən dəstəklənmədi. Amma möhtərəm prezidentimiz Avropanın Azərbaycan tərəfindən qaz təchizatına ehtiyacı olduğunu uzaqgörənliklə görürdü və Azərbaycanın resurslarını da bilirdi. Azərbaycanın bütövlükdə həm tranzit ölkə kimi, həm istehsal edən ölkə kimi önəmini görürdü. Və ona görə TANAP və TAP layihələrinin həyata keçirilməsi "Nabuko"nun məqsədlərini gerçəkləşdirdi. Bolqarıstan, Macarıstan, Ruminiya, Yunanıstan arasında interkonnektorlar vasitəsilə birləşdirilməsi  çox böyük layihələrdir. Həqiqətən, bu layihələrin həyata keçməsi vaxtilə xəyal kimi adlandırılırdı. Amma bu xəyallar möhtərəm prezidentimizin uzaqgörənliyi, müdrikliyi, zəngin təcrübəsi, dövlət idarəçiliyi sayəsində mümkün oldu və bu gün məhz o layihələrin, prezidentimizin həyata keçirdiyi bu işlərin nəticəsidir ki, Azərbaycan Avropanın etibarlı dostları arasındadır. Bu istiqamətdə işlər bu gün də davam edir. Birmənalı olaraq, ölkəmizin ictimaiyyətinə üz tutaraq, demək istəyirəm ki, Avropa ölkələri, eləcə də dünyanın aparıcı ölkələri işğaldan azad olunmuş Qarabağ torpaqlarına nə qədər çox investisiya qoyarlarsa, bu, ölkəmizdə, eləcə də Cənubi Qafqazda dayanıqlı sülhə və davamlı inkişafa böyük töhfələr verəcəyindən xəbər verir".

Parlamentari onu da bildirdi ki, Avropa Birliyinin, NATO-nun üzvü olan Macarıstanın baş nazirinin Azərbaycan prezidentinin şəxsində onun zəngin həyata keçirdiyi siyasətlə bağlı, onun uzaqgörənliyi, müdrik diplomatiyası ilə bağlı beynəlxalq səviyyədə apardığı güclü gördüyü işlərlə bağlı dediyi fikirlər, hər bir azərbaycanlıda qürur hissi yaradır.

"Orban təsadüfi bir lider deyil. 31 yaşında Macarıstanda baş nazir seçilmiş bir adamdır və səhv eləmirəmsə, üçüncü dönəmdə o seçilibdir. Avropada, bilirsiniz ki, güclü liderlər heç də o qədər xoş qarşılanmır. Avropa məkanında gərək güclü xarizmaya malik lider olmayasan. Çünki bu liderlər Avropa, Avroatlantik məkanın strukturlarının ikili, riyakar standartlarına hər zaman qarşı çıxan, onu tənqid edən liderlərdir və ona görə də Orban kimi lider təbii ki, o qədər qəbul olunmur. Lakin elə onun dilindən bu sözləri eşitmək həqiqətən də, bizim hər birimizdə fəxarət hissi oyadır”, - deyə M.İbrahimqızı qeyd etdi.

Həmidə İbrahimova