Zəngəzur dəhlizi açılacaq? - Saakyan: "Biz artıq mübadilə mərhələsinə daxil olmuşuq"
"Azərbaycanlılar Sünik rayonu ilə bağlı onlara vəd etdiklərini almaq üçün Laçın dəhlizi məsələsini gərginləşdirirlər".
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu fevralın 3-də Ermənistan parlamentində Laçın dəhlizi ilə bağlı dinləmələr zamanı Milli Assambleyanın keçmiş vitse-spikeri Ara Saakyan deyib.
Onun fikrincə, bu məsələnin həlli məhz bu istiqamətdə gedir.
“Ermənistan hökuməti Yerasxdan, o cümlədən şimal-şərqdən Qazaxdan İcevana qədər yol təklif etsə də, “Zəngəzur dəhlizi” Azərbaycan hakimiyyəti üçün sabit ideyadır. Fikrimcə, biz artıq mübadilə mərhələsinə daxil olmuşuq”, - Saakyan Ermənistan hakimiyyətinin Zəngəzur dəhlizinin açılmasına icazə verəcəyinə işarə edib.
Turan İSMAYIL