"Sən kimsən, ara?" - Ermənistan parlamentində gərginlik: - "Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik"

 16:52 03.02.2023     848

"Dağlıq Qarabağda “cəmi” 120 minə yaxın, Ermənistanda isə 3 milyona yaxın insan yaşayır. Biz Dağlıq Qarabağ naminə üç milyon ermənini riskə ata bilmərik".

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə fevralın 3-də Ermənistan parlamentində müxalifətinin təşəbbüsü ilə çağırılan Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə bağlı parlament dinləmələri zamanı hakim “Mülki Müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan hazırkı hökumətə qarşı səslənən qınaqlara cavab verərkən bildirib.

O, eyni zamanda dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

“Sözlərinizə və əvvəllər səsləndirilən təhdidlərə görə cavab verməyə hazırsınız. Sadəcə oturun və barmağınızı yelləyin. Prioritetlərinizi düzgün müəyyənləşdirin. Nəhayət, hər şeyi düzgün təsəvvür etməyə başlayın. Sən kimsən, ara?” - deyən deputat parlamentin tribunasından əleyhdarlarını tənqid edib.

Arsenyanın sözlərinə görə, xalq 2021-ci il seçkilərində hazırkı müxalifətə qarşı hökm çıxarıb.

Qeyd edilib ki, onun çıxışı zamanı həmkarı Nikol Paşinyanın açıqlamaları şifahi toqquşmaya səbəb olub.

Dinləmələrə sədrlik edən Ermənistan müxalifət blokunun parlament fraksiyasının sədri Seyran Ohanyan iclasda iştirak edənləri susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb. Lakin dəfələrlə onun xahişlərinə məhəl qoyulmayıb.

Lakin bu, Arsenyanı dayandırmayıb.

“Qarabağ məsələsini manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək. Bunu unudun”, - deyən parlamentari əlavə edib ki, parlament Ermənistanın dövlət maraqlarının təmin olunmasını təmin edən məsul orqandır.

Arsenyan əminliklə bildirib ki, “Türkiyə ilə münasibətlərin qurulması Ermənistanın milli maraqlarından irəli gəlir”. Üstəlik, o, iştirak edənləri "ksenofobik ifadələrdən çəkinməyə çağırıb, çünki onlar yalnız zərər verir".

Turan İSMAYIL