Keçmiş baş nazir sərsəmlədi: "Ermənistan Dağlıq Qarabağı rəsmən tanımalıdır"
"Ermənistan Dağlıq Qarabağı rəsmən tanımalıdır".
Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan parlamentdə müxalifətinin təşəbbüsü ilə Laçın dəhlizi ilə bağlı dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanla münasibətlər bu və ya digər şəkildə yaxşılaşmayacaq.
Baqratyan rəsmi İrəvanın atmalı olduğu dörd addımı təqdim edib. Keçmiş baş nazirin fikrincə, bu, Ermənistana indiki böhrandan çıxmağa imkan verəcək.
“İlk növbədə xarici siyasət istiqamətləri ilə bağlı dəqiq mövqe ortaya qoymaq lazımdır. Rusiyadan Qərbə və geriyə qaçmağı dayandırmalıyıq. Ola bilsin ki, Ermənistanın 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan çıxması ehtimalı da nəzərdən keçirilsin”, - Baqratyan bildirib.
O qeyd edib ki, Ermənistan üçün az-çox faydalı olan bütün bu müddəalar müvəqqətidir və 5 ildən sonra faktiki olaraq öz qüvvəsini itirir. Bakı üçün əlverişli mövqelər daimidir.
Bundan əlavə, keçmiş baş nazir hesab edir ki, "Ermənistanın Dağlıq Qarabağı tez bir zamanda tanıması zəruridir".
“Bu, Azərbaycanla münasibətləri pisləşdirməyəcək. Bizə hakimiyyət dəyişikliyi lazımdır. Mövcud vəziyyəti düzgün qiymətləndirməyi və təsirli tədbirlər görməyi bacaran insanlar gəlməlidir”, - deyə Baqratyan hakimiyyət dəyişikliyini sadalanan addımlardan ən vacibi hesab edərək bildirib.
Turan İSMAYIL