İrandan Azərbaycana qarşı zəlzələ TƏXRİBATI
İran hakimiyyətinə bağlı saxta resurslar Azərbaycana qarşı növbəti dəfə informasiya təxribatı törədib.
Redaktor.az bildirir ki, İran mənbələrində guya təcrübəli amerikalı geoloq Ruben Burrelin yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bu məlumatın guya "express.co.uk" saytında dərc edildiyi tirajlanır.
İranla əlaqəli resurların yaydığı bu məlumat saxtadır.
Qeyd edək ki, təcrübəli və tanınmış geoloq olduğu bildirilən Ruben Burrel haqqında internet resurslarında heç bir məlumat aşkar edilməyib. Eyni zamanda qeyd edilən saytda belə bir məlumatın dərc edilmədiyi məlum olub (modern.az).