Simonyan Lavrovun söylədiyi həqiqətə reaksiya verməkdən çəkindi
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı bəyanatına reaksiya verməyi lazım görmür.
Redaktor.az “armenpress”ə istinadla xəbər verir ki, parlament rəhbəri jurnalistlərlə söhbətində onları da reaksiya verməməyə çağırıb.
“Niyə reaksiya verirsiniz? Düşünürəm ki, hər şey aydındır, bu, indi müdaxilə etməyə ehtiyac olmayan bir prosesdir. Bütövlükdə bizim üçün yeni heç nə səslənmir”, - deyə Simonyan jurnalistlərə bildirib.
Xatırladaq ki, "Dağlıq Qarabağ" probleminə toxunan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın uzun müddət Azərbaycanın 7 rayonunu işğal etdiyini, Bakının isə torpaqlarını geri qaytardığını bildirib.
Turan İSMAYIL