Paşinyan KTMT-dən imtina etməsinin səbəbini AÇIQLADI
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarına missiya göndərməyə hazır olduqlarına görə minnətdardır, lakin təşkilatın ölkədəki məsuliyyət sahəsinin aydınlaşdırılmasını xahiş edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə fevralın 8-də Ermənistan parlamentində hökumət saatında respublikanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz missiya göndərməyə hazır olan KTMT tərəfdaşlarımıza minnətdarıq. Biz çox vacib bir xahişlə KTMT-yə müraciət etdik: Ermənistan Respublikasında KTMT-nin məsuliyyət sahəsini aydınlaşdırın, yəni onların nə düşündüklərini, Ermənistan ərazisinin harada olduğunu deyin. Əgər missiya Ermənistan ərazisinin harada olduğunu bilmirsə, Ermənistan ərazisinin işğal olunub-olunmadığını necə deyə bilər?”, - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, KTMT-dən fərqli olaraq, Avropa İttifaqı (Aİ) Ermənistanın təqdim etdiyi xəritələri nəzərə alıb və bu, onun müşahidə missiyasını Azərbaycana dəvət etməyə imkan verib.
Qeyd edək ki, yanvarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Ermənistanda iki illik mülki missiyanın yaradılmasını təsdiqləyiblər. Onun vəzifəsi ölkənin sərhədyanı rayonlarında etimadı artırmaq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün şərait yaratmaq olacaq.
Turan İSMAYIL