"İranla Ermənistan dəhliz yaradılmasına imkan verməyəcək" - Səfir

 16:08 09.02.2023     437

"İran və Ermənistan dəhlizin yaradılmasına imkan verməyəcək".

Redaktor.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri fevralın 9-da “Ermənistan-İran münasibətləri ortaq maraqlar kontekstində” mövzusunda müzakirə zamanı deyib.

O, Ermənistan və İranın təşəbbüslərlə çıxış edərək bu istiqamətdə işləməsinin vacibliyini qeyd edib.

“Təşəbbüsün qarşı tərəfdən gəlməsinə imkan verməməliyik və sadəcə ona cavab verməliyik. Əksinə, təşəbbüsü özümüz ələ almalıyıq. Biz baxmalıyıq ki, hansı addımlar atılmalıdır. Hansısa dəhlizin açılması üçün təşəbbüs gözləmək lazım deyil, sonra düşünməliyik ki, necə bir mövqedən çıxış edək? Biz buna imkan verməməliyik”, - deyə səfir bildirib.

Tunar Altunbay