Erməni spikerdən ETİRAF: "İran və Rusiya bizə sevgisinə görə tərəfimizdə durmayıb"

 18:31 09.02.2023     618

"İran geosiyasi dəyişikliklərin qəbuledilməzliyini bəyan edəndə bunu ilk növbədə özü üçün edir".

Redaktor.az news.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentin spikeri Alen Simonyan Milli Assambleyanın fevralın 9-da keçirilən iclasında parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, İran Ermənistanın tərəfində ona böyük sevgisinə görə durmayıb. “O, dövlət maraqlarından çıxış edərək silah satır və onun daşınması ilə məşğul olur. Eyni şey Rusiyaya da aiddir. Sizcə, Rusiya öz maraqlarını bir kənara qoyub deməlidir: “Biz erməniləri çox sevirik. Yaxşı konyakları var. Onda gəlin onlar üçün nəsə edək?" Əlbəttə yox. Bütün ölkələrin, o cümlədən bizim də öz maraqlarımız var”, - Simonyan bildirib.

Parlamentin sədri deyib ki, Ermənistanın Qarabağ problemindən başqa qlobal problemi yoxdur. “Bizim Qarabağdan başqa nə problemimiz var? Biz 30 ildir bu məsələ ilə məşğuluq. 30 ildən sonra nə oldu? Müharibə başlayıb”, - deyə o, vurğulayıb.

Turan İSMAYIL