"Türkiyə Qarabağda Azərbaycanın yanında olduğu kimi, azərbaycanlı qardaşlarımız bizi tək buraxmadılar" - Ərdoğan

 19:13 09.02.2023     292

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyəyə kömək etdiyinə görə Azərbaycana xüsusi təşəkkürünü bildirib.

Redaktor.az xəbər verir ki, Azərbaycan jurnalistləti ilə söhbətində Türkiyə prezidenti  ölkəmizdən göndərilən  yardımdan xəbərdar olduğunu bildirib.

“Türkiyə Qarabağda Azərbaycanla birlikdə olduğu kimi, indi də Azərbaycan Türkiyəni çətin vəziyyətdə tək qoymur. Şüarımız: Bir millət, iki dövlət”, - deyə Ərdoğan bildirib.

Tunar Altunbay