“Azərbaycan yas tutur, kimsənin kefi yoxdur” - Türkiyə səfirinin müşaviri
“Azərbaycan da yas tutur. Kimsənin kefi yoxdur”.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyin Altınalan tviterdə yazıb.
O bildirib ki, Azərbaycan ictimaiyyətin hər təbəqəsi zəlzələnin ağrısını ürəyində hiss edir:
“Bakıdakı məscidlərdə imamlar dualarının böyük hissəsini ölkəmizdə zəlzələdən zərərçəkənlərə həsr ediblər. O dualara “amin” deyərkən səslərin çox möhkəm çıxması təsiredici idi. Yaşasın qardaşlığımız”.
Tunar Altunbay
Azerbaycan da yas tutuyor. Hiç kimsenin neşesi yok. Toplumun her kesimi acımızı yüreğinde hissediyor.
— Hüseyin Altınalan (@HuseynAltinalan) February 10, 2023
Bakü’de imam, duasının büyük kısmını ülkemizdeki depremzedelere ayırdı. O dualara “amin” derken seslerin daha gür çıkması çok etkileyiciydi. Yaşasın kardeşliğimiz!