Lavrov Azərbaycan və Ermənistanın ictimai xadimləri arasında dialoqun bərpasına çağırdı

 14:49 10.02.2023     430

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefonla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması problemlərini müzakirə edib və üçtərəfli razılaşmaların həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bu gün yaydığı məlumatda deyilir.

"Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə edilib. Rusiya tərəfi 9 noyabr 2020-ci il, 11 yanvar, 26 noyabr 2021-ci il və 31 oktyabr 2022-ci ildə üçtərəfli sazişlərin ən yüksək səviyyədə icrası üzrə, o cümlədən regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, İrəvan və Bakı arasında sülh müqaviləsinin parametrlərinin razılaşdırılması, eləcə də dialoqun təşviqi, ictimai xadimlər, ekspertlər və parlamentarilər arasında işlərin tezliklə bərpasının vacibliyini vurğulayıb”, - Rusiya XİN-dən bildirilib.

Turan İSMAYIL