XİN İsrailə bağsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi İsrailə başsağlığı verib.
Redaktor.az xəbər verir ki, XİN-in rəsmi tviter hesabında edilən paylaşımda deyilir:
“Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”.