Ceyhun Bayramov Türkiyədə azərbaycanlı tibb işçilərinə təşəkkür etdi - FOTO

 20:35 11.02.2023     353

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Azərbaycan tərəfindən qurulan səhra xəstəxanasında çalışan tibb işçilərinə təşəkkürünü bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə XİN başçısı tviterdə qeyd edib.

“Kahramanmaraşa səfərim zamanı Azərbaycan tərəfindən zəlzələ nəticəsində xəsarət almış qardaşlarımıza xidmətlərin göstərilməsi məqsədilə göndərilmiş səhra xəstəxanasını ziyarət etdim, xəstəxanada çalışan bütün əməkdaşlara yorulmaz fəaliyyətlərinə görə minnətdarlığımı bildirdim”, - diplomat bildirib.

Tunar Altunbay