Avropa Parlamenti prezidentindən Sahibə Qafarovaya göndərilən məktub barədə AÇIQLAMA
Milli Məclisin mətbuat xidməti Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı məlumatlara münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin məlumçatına görə, mətbuatda dərc olunan həmin məlumatlarla sosial media vasitəsilə tanış olublar: "Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcək".