Fransa jandarmalarının sərhədə gəlişi Ermənistanın kəşfiyyat maraqlarını təmin etməkdir - Deputat

 15:07 13.02.2023     641

Xəbər verdiyimiz kimi, yanvarın 23-də Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik müşahidə missiyası göndərmək qərarını təsdiqləyiblər.

Fevralın 20-də isə Fransadan 8 jandarmanın daxil olduğu Aİ missiyası Ermənistanda (Azərbaycanla sərhəddə) işə başlayacaq. Bu barədə Avropa Parlamentinin fransalı üzvü Natali Luazo məlumat verib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, Ermənistanla sərhəddə Fransa jandarmalarının iştirakı Azərbaycanın sərhədləri üçün təhlükə deyil.

"Lap əvvəldən aydın idi ki, Avropa İttifaqının missiyası təkcə mülki vətəndaşlardan və siyasətçilərdən ibarət deyil. Onların arasında kəşfiyyatçılar da olacaq, çünki müşahidəçilərin əsas məqsədi öz hökumətinə məruzə təqdim etməklə Azərbaycan ərazisinin vizual öyrənilməsidir. Fransada jandarma missiyasını məhz belə gördülər. Azərbaycan tərəfi buna hazırdır. Bu müşahidəçilərin bölgəyə, sərhədə gəlişi sabitliyin yaranmasına zərər verən, sülhü pozan amildir, çünki missiyanın məqsədi birtərəflidir, Ermənistanın kəşfiyyat maraqlarını təmin etməkdir. Hərbi baxımdan jandarmaların iştirakı Azərbaycanın sərhədləri üçün təhlükə deyil",-deyə millət vəkili qeyd etdi.

Həmidə İbrahimova