"Ermənilər o dərəcədə mənəviyyatdan kasaddır ki, faciəyə də sevinir” - Deputat
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dünyanın bir çox yerlərindən qardaş ölkəyə axtarış-xilasetmə dəstələri göndərilib.
Eyni zamanda, kömək edənlər arasında Ermənistan da var. Belə ki, çox sayda insan itkisinə səbəb olan zəlzələdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi və 57 erməni xilasedicini zəlzələ bölgəsinə göndərdi. Lakin rəsmi İrəvanın bu addımı müxalifətçi deputatlar tərəfindən etirazla qarşılandı. Bəzi erməni vətəndaşlar isə “kaş, yardımın içinə zəhər qatıb göndərərdik” dedilər.
Bəs, Ermənistan Türkiyəyə bu yardımında nə qədər xoşniyyətlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Ermənistanda bu faciəyə çoxlu sayda sevinənlər var.
Onun sözlərinə görə, bu gün Türkiyədə baş verən insanlığın faciəsidir:
“Zaman-zaman bu məsələ ilə bağlı davamlı olaraq bütün dünya öz narahatlığını bölüşür. Hətta bunu əsrin faciəsi adlandıran dövlətlər, qurumlar da var. Bütün dünya bu gün bu zəlzələyə görə böyük bir təəssüf, narahatlıq keçirir, Türkiyənin faciəsinə şərikliyini bildirir. Yeganə millətdir, yeganə dövlətdir ki, Ermənistanda bu faciəyə çoxlu sayda sevinən insanlar var. Yəni bu, əslində gözləniləndir. Amma insanlıq baxımından baxanda isə ermənilərin nə qədər mənəviyyatdan uzaq olduğunu bir daha göstərir və onların nə dərəcədə bu məsələlərə fərqli yanaşdıqlarını, zəhərli ideologiyalarla nə dərəcədə zəhərləndiklərini açıq-aydın göstərir. Yəni bu göstərir ki, həqiqətən bu millət o dərəcədə zəhərlənib ki, o dərəcədə mənəviyyatdan kasaddır ki, faciəyə də sevinir”.
Millət vəkili onu da qeyd etdi ki, Ermənistanın Türkiyəyə yardım etməsi normaldır:
“Bütün dünya dövlətləri yardım edir və bu gün də Ermənistan da müəyyən bir yardım edib. Çünki sabah eyni problemlə Ermənistan və dünyanın, regionun hansısa bir dövləti də üz-üzə qala bilər. O baxımdan, yəni bu yardımların edilməsi normaldır. Hesab edirəm ki, biz ermənilərin bütün təxribatlarına, xalqımızın başına gətirdiyi faciələrə baxmayaraq, onları unutmadan tarixi yadımızda saxlayaraq münasibətlərin normallaşması barədə düşünməliyik. Biz bölgənin güclənməsini, bölgə iqtisadiyyatının dirçəlməsinin inkişafını istəyiriksə, belə olan halda mütləq bu proses, münasibətlər normallaşmalıdır və normal qaydasında getməlidir”, - deyə C.Məmmədov vurğuladı.
Həmidə İbrahimova