"Erməni "xilasedicilər" orada bizim qardaşlarımızı, bacılarımızı öldürür" - Hafiz Hacıyev
Xəbər verdiyimiz kimi, Türkiyəyə zəlzələdən zərər çəkənlərə kömək adı altında gedən ermənilərin soyğunçuluqla məşğul olduqları üzə çıxıb.
Milli İstiqbarat Təşkilatının (MİT) əməkdaşları Adıyaman şəhərində zəlzələ zamanı dağılmış evdən qarət və oğurluq etdiklərinə görə Arsen Qazaryan və Vahan Sürmalyanı saxlayıblar.
Axtarış zamanı onların üzərindən ölən Türkiyə vətəndaşlarının sənədləri, şəxsi əşyaları və qızıl-zinət əşyaları aşkar edilib. Hatay vilayəti prokurorluğu talan maddəsi ilə cinayət işi açıb. Həbs olunanların hər ikisi Ermənistandan olan xilasedici qrupun nümayəndələridir.
Bununla da ermənilər bir daha dünyaya öz xislətlərini, əsl simalarını nümayiş etdirmiş oldular.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, ermənilərin bu xisləti heç vaxt dəyişən deyil.
Onun sözlərinə, gərək erməniləri Türkiyəyə buraxmayaydılar:
"Bu, düşməndir. Düşmən, dövlətinin mövqeyini necə dəyişə bilər? Onu gətirib nə eləsən də, o düşməndir. Bunu bilmək lazımdır. Bu məsələdə biz bir az çox sadəlövhcəsinə hərəkət edirik. Bizim içimizdə olan ermənilər, hökumətdə olan ermənilər xislətini dəyişibmi? Dəyişməyib. O cümlədən də ora gedən həmin erməni "xilasedicilər" xilas etməyə getmir. Onlar əksinə, orada bizim qardaşlarımızı, bacılarımızı öldürürlər. Bunu bilmək lazımdır. Biz niyə belə sadəlövhük? Siz erməni saytlarına baxın, görün onların valideynləri nə yazır? Deyir, bizim balalarımız niyə gedib düşmənləri xilas etməlidir? Səhv fikir idi. Nahaq onları buraxdılar. Gərək onları buraxmayaydılar. Hətta bizdə məlumatlar var, onlar görürlər ki, yerin altında sağ qalan türk qardaşlarımız, bacılarımız var, onları öldürürlər. Barmaqlarında olan üzüklərini götürürlər. Yüz dənə oyundan çıxırlar".
H.Hacıyevin fikrincə, erməni xilasedicilərin Türkiyəyə gəlməsi düzgün hərəkət deyildi.
"Onların hər dəqiqəsi bizim üçün təhlükədir. Mən düşünürəm ki, yanlış hərəkət idi və bu yanlışlığın nəticəsi olmalı idi. Hər halda dərs olmalıdır. Amma çox təəssüf ki, dərs olmur. Bizim içimizdə vəzifədə nə qədər erməni rəhbər olanlar var, nə qədər arvadı, qaynanası erməni olanlar var. Necə ki, Azərbaycanda Azərbaycan xalqına zülm edirlər, o cümlədən də orada onlar da getdilər zülm etdilər. Bunlar düzələn deyillər. Deyir ilanın qarasına da lənət, ağına da. Bunlar şərəfsiz bir millətdir. Bu millətlə ancaq gərək başqa cür danışasan. Başqa cür danışmağa da içimizdə olan ermənilər, onların qohumları hələlik imkan vermir. O cümlədən, görünür, Türkiyə dövləti də bu işdə yanlışdır və yanlışlığını təcili düzəltməlidir", - deyə partiya sədri bildirdi.
Həmidə İbrahimova