Azərbaycan və Türkiyə kanalları birgə yayım edir - CANLI

 21:48 15.02.2023     422

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirirlər.

Redaktor.az xəbər verir ki, canlı yayım Bakı saatı ilə 21:00-da başlayıb.

Qeyd edək ki, yardım kampaniyası çərçivəsində yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək.