Stoltenberq Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmağa çağırdı

 19:37 16.02.2023     338

NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzana bilər, bu səbəbdən alyans hadisələrin belə inkişafına hazır olmalıdır

Redaktor.az xəbər verir ki, bu barədə bu barədə "Frans Press" agentliyinə NATO-nun baş katibi Yens Stoltenberq bildirib:

“Biz uzun müddətə hazırlaşmalıyıq, bu, uzun illər çəkə bilər".

Stoltenberq alyansa üzv olan 30 dövlətin hələ də Ukraynanı dəstəkləməyə sadiq olduğuna və onu silah və sursatla təmin edəcəyinə əmin olduöunu qeyd edib.

O hesab edir ki, Rusiyanın Ukraynanı işğalı zamanı əldə edəcəyi uöurlar “ukraynalılar üçün faciəyə” çevriləcək, həm də digər ölkələr üçün təhlükə yaradacaq ki,  bu da beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini göstərir.

Tunar Altunbay