İrəvandan Əliyev-Paşinyan görüşü barədə AÇIQLAMA

 12:42 17.02.2023     247

"Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan lideri İlham Əliyev arasında Münhendə planlaşdırılan görüş barədə hələlik məlumat yoxdur".

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Ermənistan hökumətinin mətbuat xidmətinin rəhbəri Armen Xaçatryana istinadən məlumat yayıb.

“Hazırda planlaşdırılan görüş barədə məlumat yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan hazırda Münhendədirlər və burada təhlükəsizlik üzrə beynəlxalq konfransda iştirak edirlər. Tərəflər sonuncu dəfə 2020-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Qarabağla bağlı panel müzakirəsində iştirak ediblər.

Tunar Altunbay