Paşinyan İlham Əliyevlə birgə paneldən imtina etdi
Xəbər verdiyimiz kimi, 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək "Cənubi Qafqazda təhlükəsizliyin qurulması" adlı paneldə Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin iştirak edəcəyi bildirilir.
Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə olsa da, o, Cənubi Qafqazla bağlı paneldə iştirak etməyəcək.
Redaktor.az "Caliber"ə istinadən xəbər verir ki, təşkilatçılar paneldə iştirka etmək üçün Paşinyana dəvət göndəriblər, lakin o, dəvəti qəbul etməyib.
Diplomatik mənbələr bildirib ki, Bakı və Tbilisi panelin keçirilməsini dəstəkləyib, Paşinyan administrasiyası isə bu formatdan qəti şəkildə imtina edib.
Bundan əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda da Prezident İlham Əliyev və İrakli Qaribaşvilinin iştirakı ilə birgə panel olub, lakin Ermənistan tərəfi həmin tədbirdə də iştirak etməyib.
"Ermənistan üçtərəfli Bakı-Tbilisi-İrəvan müzakirə formatına qoşulmaq istəməməsi ilə regionda getdikcə özünü təcrid edir", - deyə "Caliber" qeyd edib.