ATƏT-in Minsk qrupu tarixin zibilliyinə atılıb - Zaxarova
ATƏT-in Minsk qrupu formatını məhz Qərb ölkələri tarixin zibilliyinə atıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, ABŞ başda olmaqla Qərb ölkələri Ermənistan-Azərbaycan nizamlanmasının səylərini pozub.
“Minsk Qrupu formatı tarixin zibilliyinə məhz ABŞ və Fransadan olan həmsədrlərin uydurma bəhanə ilə 2022-ci ilin fevralında rusiyalı həmkarları ilə əməkdaşlığı dayandırdıqdan sonra atılıb. Budur fakt. Onlardan heç bu cür fəaliyyətə görə başa düşülən izah da gəlməyib. Bunu nəzərə alaraq biz Bakı və İrəvana üçtərəfli format çərçivəsində yardım etməyə diqqətimizi yönəltdik. O ki qaldı ABŞ-ın vasitəçiliyinə, biz onun real addımlarla dolu olmasını, hansısa əlavə dəyərə malik olduğunu görmürük”,- deyə Zaxarova bildirib.