Lavrovun Bakıya səfəri üzərində iş gedir
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri hazırlanıb.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Səfərə gəlincə, belə bir səfər üzərində iş gedir", - o, Lavrovun fevralın sonunda Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən deyib.
XİN sözçüsü həmçinin bildirib ki, Ermənistan və Azərbaycan Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. Zaxarova əlavə edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.
Turan İSMAYIL