G7 nazirləri Ukrayna barədə razılığa gəldi
Ukrayna xarici işlər naziri Dmitri Kuleba G7 xarici işlər nazirlərinin görüşündə iştirak edib.
Redaktor.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.
Nazirlər Ukraynaya silah tədarükünün sürətləndirilməsi və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər və qeyd olunan məsələlər barədə razılığa gəliblər.
"Mən Yaponiyanın xarici işlər naziri Yosimasa Hayaşinin dəvəti ilə G7-nin nazirlər toplantısında iştirak etdim. Biz Ukraynanın 2023-cü ildə qələbəsi üçün lazım olan hər şeyə diqqət yetirdik. Sürətli silah tədarükü və yeni sanksiyalar olacaq. Rusiya başa düşməlidir ki, biz onun təcavüzünə qarşı çıxmaqdan yorulmayacağıq", - deyə Kuleba qeyd edib.