Türkiyə ilə siyasi razılaşmalar əldə edilib - Paşinyan

 22:30 18.02.2023     339

Ermənistan Türkiyə ilə siyasi sahədə irəliləməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında keçirilən panel iclasda deyib.

“Biz Türkiyəyə humanitar yardım və xilasedicilər göndərmək qərarı verəndə yalnız humanitar motivləri düşündük, lakin bu prosesdə Türkiyədən müsbət reaksiya gördük, əgər müsbət siyasi nəticələr olarsa, daha yaxşı olar. Amma bizim ilkin təşəbbüsümüz sırf humanitar idi”, - Paşinyan bildirib.

O əlavə edib ki, Ermənistan xarici işlər nazirinin Türkiyəyə son səfəri zamanı bəzi siyasi razılaşmalar əldə olunub. 

“Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasının təkcə regionumuzdakı proseslərə deyil, həm də beynəlxalq vəziyyətə müsbət təsir edəcəyinə inanırıq”, - Ermənistan Baş naziri qeyd edib.