AŞPA həmməruzəçiləri Zəngəzurda - FOTO
AŞPA-nın həmməruzəçiləri Kimmo Kilyunen və Borianna Aberq Ermənistanın Syunik vilayətində (Zəngəzur) olublar.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, onlar yerli sakinlərlə görüşüblər. Həmməruzəçiləri Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan da müşayiət edib.
Məlumata görə, AŞPA həmməruzəçiləri Laçın dəhlizinin Ermənistan tərəfdə olan giriş-çıxışındakı keçid məntəqəsinə də baş çəkiblər.
Qeyd edək ki, bundan əvvəl həmməruzəçilər Cermukda olmuşdular.