Qafqazda sülhün qorunmasında həlledici rol oynamağa hazırıq - Qaribaşvili

 13:12 19.02.2023     370

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qafqazda sülhün qorunmasından danışıb.

Redaktor.az  xəbər verir ki, Qaribavşili bu barədə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində görüşdən sonra söz açıb.

"Gürcüstan Cənubi Qafqazda sülhün qorunmasında həlledici rol oynamağa hazırdır", - deyə o söyləyib.