Bayden gözlənilmədən Kiyevə səfər etdi

 13:47 20.02.2023     387

"Bayden Kiyevdədir. 360 gün Rusiyanın nəzarəti altında qalmalı olan bir şəhər. Diktator Putin üçün nə qədər möhtəşəm sürpriz".

Redaktor.az xəbər verir ki, bu barədə "Bild" jurnalisti Julian Repke Tvitter hesabında yazıb.

Bu barədə rusiyalı hüquq müdafiəçisi və hüquqşünas Mark Feyqin də məlumat verib.

Qeyd edək ki, fevralın 20-dən 22-dək ABŞ prezidenti Co Bayden Polşaya səfər edəcək. Fevralın 21-də onun Polşa prezidenti Anjey Duda ilə görüşü gözlənilir. Görüşdə ikitərəfli əməkdaşlıq, eləcə də Ukraynaya dəstək və NATO-nu gücləndirmək üçün birgə səylərin müzakirəsi planlaşdırılır. Danışıqların mövzularından birinin ABŞ hərbçilərinin Polşada mövcudluğunun artırılması məsələsinin olacağı da istisna edilmir.

Baydenin köməkçiləri onun sərhəddən Ukraynaya keçirmək üçün gizli yollar axtarsalar da, bu variantdan imtina edildi .

Bu gün isə, xarici işlər nazirinin müavini Andriy Melnik bildirib ki, Ukrayna diplomatiyası mötəbər xarici qonaqların Kiyevə səfəri ilə bağlı sürpriz hazırlayır.

Tunar Altunbay

Bayden gözlənilmədən Kiyevə getdi