Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədində "mülki missiyaya" BAŞLADI

 15:15 20.02.2023     394

Avropa İttifaqı (Aİ) bazar ertəsi Ermənistanda Azərbaycanla vəziyyətin nizamlanmasına töhfə verməli olan vətəndaş missiyasının işinə başlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Aİ Şurasının bəyanatında deyilir.

“Avropa İttifaqı bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin bir hissəsi kimi Ermənistanda Aİ-nin mülki missiyasını (Aİ-nin Ermənistandakı Missiyası, EUMA) işə salır”, - deyə məlumatda bildirilir.

Sənəddə vurğulanır ki, missiya regionda sabitliyi təşviq etmək üçün nəzərdə tutulub. “Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində yerləşdirilən missiyanın məqsədləri Ermənistanın sərhədyanı rayonlarında sabitliyi təşviq etmək, Aİ-nin dəstəyi ilə münaqişənin təsirinə məruz qalmış ərazilərdə etimad və təhlükəsizliyin möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarətdir”, - məlumatda deyilir.

Aİ Şurası izah edib ki, “EUMA-nın müstəsna mülki heyətinin ümumi sayı təxminən 100 nəfər, o cümlədən 50-yə yaxın silahsız müşahidəçi olacaq”. "Misiyanın əməliyyat qərargahı Ermənistanın Vayots Dzor bölgəsindəki Yeqqnadzorda yerləşəcək. Mülki əməliyyatın komandiri vəzifəsini Aİ Xarici Fəaliyyət Xidmətinin Mülki Planlaşdırma və Davranış üzrə İdarəedici direktoru Stefano Tomat, missiyanın rəhbəri vəzifəsini Markus Ritter isə icra edəcək”, - məlumatda deyilir.

Aİ Şurasının bəyanatında deyilir ki, yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri "Qafqazda nizamlanmanın təşviqi" üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyiblər: 

"Missiyanın mandatı 2 ildir və “daim patrul xidməti və vəziyyətlə bağlı (Brüsselə) hesabatların yazılmasını təmin edir ki, bu da Aİ-nin yerlərdə vəziyyətlə bağlı anlayışını artıracaq”.

Turan İSMAYIL