Bakıda bu ölkələrə Şengen vizasının verilməsi dayandırldı
Bakıda fəaliyyət göstərən VFS Global mərkəzi Latviya, Estoniya və Sloveniyaya Şengen viza sənədlərinin qəbulunu dayandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Latviyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“️Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi təəssüflə qeyd edir ki, müəyyən səbəblərdən VFS Global Viza mərkəzində Latviya, Estoniya və Sloveniya üçün Şengen viza sənədlərinin qəbulu müvəqqəti olaraq 24 fevral 2023-cü il tarixinə kimi dayandırılır”, - səfirliyin bəyanatında deyilir.