Lavrov Bakıya bu tarixdə GƏLƏCƏK

 19:00 22.02.2023     270

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər tarixi açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Xarixi İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova məlumat verib.

Bildirilib ki, Lavrov fevralın 27-28-də Azərbaycana səfər edəcək. O, Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. 

Zaxarovanın sözlərinə görə, Lavrov fevralın 27-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının plenar iclasında iştirak edəcək.