“Əsirləri” qaytarın, qarşılığında deputatları verək - Bakıya sensasion təklif
Erməni jurnalist Edik Andreasyan Azərbaycana sensasion müraciət ünvanlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində məlumat yer alıb.
O, Bakıya ünvanladığı müraciətdə baş nazir Nikol Paşinyanın müharibə dövründə saxlanılan erməni əsirlərin qarşılığında öz oğlunu təklif etməsini xatırladıb, lakin indi bunun mümkün olmadığını deyib.
Jurnalist hazırda Azərbaycanda saxlanılan erməni hərbçilərin (diversantları nəzərdə tutur-red) azad edilməsi üçün onların Ermənistan parlamentinin deputatları ilə dəyişdirilməsini təklif edib.
O, irəli sürdüyü təklifin nəzərə alınmasını xahiş edib.