16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul etdi
Xocalı soyqırımı Azərbaycan müstəqilliyə doğru ilk addımlar atdığı zaman baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atılır:
"Biz bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Bu ölkələr Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala və Latviyadır. Həmçinin ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanıyıb".