Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri görüşdü
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və türkiyəli həmkarı arasında Sedat Önal arasında görüş olub.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tviterdə məlumat yayıb.
“Hörmətli həmkarım və dostum, qardaş Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı yeni daimi nümayəndəsi Zati-aliləri cənab Sedat Önala ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram!”, - azərbaycanlı diplomat bildirib.
Xatırladaq ki, fevralın 3-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin edilib.