Kanada paytaxtında Xocalı faciəsi qurbanlarının Anım Günü elan olundu - BƏYANNAMƏ

 09:07 26.02.2023     229

Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson (Jim Watson) müvafiq qərar imzalayıb.

Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib.

Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqıqım qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını qeyd edib.