"Xocalıda azərbaycanlı qardaşlarımızın qətlini lənətləyirik" - Çavuşoğlu

 09:20 26.02.2023     235

"31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyirik, şəhidlərimizi bir daha rəhmətlə anırıq".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

"Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmadıq, unutmayacağıq.

Can Azərbaycanın dərdi dərdimizdir", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib.