Fransa səfirindən  BAŞSAĞLIĞI

 15:45 26.02.2023     272

Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xocalı soyqırımının ildönümü ilə əlaqədar başsağlığı verib.

Redaktor.az xəbər verir ki, diplomat bu barədə tviter səhifəsində yazıb.

"Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə dərin ehtiramımı bildirmək istəyirəm. Davamlı sülhə dialoq və barışıq yolu ilə nail olmaq lazımdır ki, belə hərəkətlər bir daha baş verməsin", - deyə səfir qeyd edib.