Şahmar Mövsümovla İnam Kərimov İsraildə səfərdədir - FOTO

 23:42 26.02.2023     620

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimov İsraildə işgüzar səfərdədirlər.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Torpaq İdarəsi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində dövlət torpaqlarının idarə olunması, həmçinin kənd təsərrüfatı sahələri üzrə danışıqlar aparılacaq. Eyni zamanda, ölkələr arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunacaq.