“Gör nə qədər murdar bir əxlaqa malik olmalısan ki, soyqırım günü gəlib mahnı oxuyasan" - Deputat

 15:37 27.02.2023     686

Xəbər verdiyimiz kimi, ermənilər ABŞ-da Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim özünün Tviter hesabında yazıb.

“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - deyə diplomat qeyd edib.

Məsələ bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, ermənilər birinci dəfə deyil ki, belə təxribatlar törədir.

“Ermənilər vaxtaşırı bizim Avropada və ABŞ-da olan səfirliyimizə, konsulluğumuza qarşı təxribatlar törədirlər. Təbii ki, bizim orada təhlükəsizlik xidmətinin əməkdaşları var, ancaq ABŞ-ın öhdəliyi ərazisində yerləşən səfirlik, konsulluqların təhlükəsizlikyini təmin etməkdir. ABŞ buna görə məsuliyyət daşıyır. Və bunların qarşısı onlar tərəfindən alınmalıdır. Bu, məsələnin birinci tərəfidir” deyən siyasətçi hesab edir ki, ermənilərin bu hərəkətinin səbəbini onların əxlaqsızlığı, tərbiyəsizliyi ilə əlaqələndirmək lazımdır:

“Görün nə qədər iyrənc, murdar bir xislətə, əxlaqa malik olmalısan ki, qadınların, qocaların, uşaqların qətlə yetirildiyi gün, yəni mülki əhalinin soyqırımı günü gəlib mahnı oxuyasan, ağlına gələn yaramaz hərəkətlər edəsən. Bu soyqırımı siz ermənilər törətmisiniz və siz də gəlib belə fitnəkar, murdar hərəkətlərlə məşğul olursunuz. Bu həmin millətin - onlara millət demək də düz deyil, onlar murdar toplumdur - əxlaqsızlığından, tərbiyəsizliyindən, onların bizə qarşı olan barışmaz düşmənçilik mövqeyindən xəbər verir. Yəni bu, o millətin qiymətidi.”

Elman Məmmədov bir daha vurğuladı ki, ABŞ dövləti ərazisində yerləşən səfirliklərin, o cümlədən Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməlidir:

“Onlar buna görə məsuliyyət daşıyırlar. Bu yaxınlarda İranda törədilənlər hadisələr ibrət olmayıbmı ki, yəni  onlar yaxına buraxılırlar? Niyə bu hadisələr törədilən zaman cəza tədbirləri görülmür ? Bax, maraqlı məsələ budur. Sanki bu, həmin dövlətlərlə razılaşdırılmış olur ki, bunlar gəlib murdar hərəkətlər eləyəcək, mühafizə və polis xidməti isə onlara toxunmayacaq, sakitcə durub baxacaq. Mənə elə gəlir ki, bunlar diqqət çəkən məsələlərdir".

Arzu İSMAYIL