"Azərbaycanla Rusiya arasında münasibətlər tam inkişaf edir" - İlham Əliyev

 21:24 27.02.2023     382

"Azərbaycanla Rusiya arasında münasibətlər tam inkişaf edir, iki ölkə bu ilə yaxşı başlanğıcla qədəm qoyur".

Redaktor.az TASS-a istinadla bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

Dövlətimizin başçısı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşmasında Rusiyanın xüsusi rolunu qeyd edib.

İltifat HACIXANOĞLU