Prezident Moskvada imzalanmış sənəddən DANIŞDI

 22:15 27.02.2023     265

Sizin (Sergey Lavrovun-red.) səfəriniz ötən il fevralın 22-də Moskvada imzalanmış və ölkələrimiz arasında münasibətlərin inkişafında çox əlamətdar və mühüm addım olan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Bu Bəyannamə mahiyyət etibarilə bizim münasibətlərimizin ruhunu və xarakterini, əlaqələrimizin formalaşmış müsbət resursunu əks etdirir, gələcək illərdə qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirir”.