BMT Baş Assambleyasının prezidenti Azərbaycana gəlir
BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.
Redaktor.az xəbər verir ki, Prezident C.Kőrösi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.
C.Kőrösinin Azərbaycanda yüksək səviyyədə görüşləri gözlənilir.
Qeyd edək ki, səfər martın 3-də başa çatacaq.