Ermənistan sülh danışıqlarını sabotaj edir -  Bayramov

 13:59 28.02.2023     346

"Ermənistan Laçın dəhlizində yaranmış vəziyyətə görə bütün məsuliyyəti Rusiya və Azərbaycanın üzərinə qoymağa çalışır".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında deyib.

"Ermənistan sülh müqaviləsi üzrə danışıqları sabotaj etməkdə davam edir. Danışıqlara hazır olması ilə bağlı bəyanatlara baxmayaraq, yeni faktlar gətirilir, görüşlər boykot edilir. Rusiya Federasiyası ilə danışıqlar regional məsələlərimizi müzakirə etmək üçün əla fürsətdir", - deyə nazir əlavə edib.