"Ermənilərin başqa çıxış yolu yoxdur" - Fazil Mustafa

 18:16 02.03.2023     425

"Ermənilərin bu addımları əslində gözləniləndir, çünki onların başqa bir çıxış yolu yoxdur".

Bunu Redaktor.az-a Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan parlamentinin sədri Alen Simonyanın "Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında razılaşmada heç bir formada ifadə edilməməlidir" fikrinə münasibət bildirərkən dedi.

"Azərbaycan bu məsələlərdə düşünürəm ki, taktiki cəhətdən doğru addım atdı. Birinci QHT-lərin tədbiri, ardınca da yolun nəzarətə götürülməsi ermənilərə artıq anlatdı ki, hər hansı bir şəkildə burada özbaşınalıq olmayacaq və biz çalışmalıyıq ki, bu prosesi bir az da dərinləşdirək. Sülh müqaviləsinin imzalanması bütün hallarda bizim faydamızadır. Biz prosesin belə sadə formada yekunlaşmasına daha çox maraqlıyıq. Çünki qalib gəlmişik və ermənilərlə də mülki əhali kimi müəyyən uzlaşma, müəyyən razılaşma olacaq" - deyə millət vəkili qeyd etdi.

Həmidə İbrahimli